Rusiya kanadalı məmurlara sanksiya tətbiq ETDİ

15:55 - 27 İyun 2022

Rusiya kanadalı məmurlara sanksiya tətbiq ETDİ

Rusiya Kanadanın qadağalarına cavab olaraq bu ölkənin 43 vətəndaşına sanksiya tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları və onların ailə üzvləri daxil edilib.

Xatırladaq ki, bu ilin may ayında Kanada iki dəfə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar Vladimir Putinə yaxın olduğu iddia edilən 14 rusiyalı sahibkara, eləcə də onların ailə üzvlərinə təsir edib. Bundan əlavə, Rusiya ilə dəbdəbəli malların ticarətinə qadağa qoyulub və Rusiya Federasiyasına kompüter avadanlıqlarının idxalı da dayandırılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin