Azərbaycanda 9 aylıq hamilə qadın qəfildən ÖLDÜ

15:25 - 27 İyun 2022

Azərbaycanda 9 aylıq hamilə qadın qəfildən ÖLDÜ

Astarada 9 aylıq hamilə olan qadın ölüb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin