Prezidentlərə təqdim olunan yemək menyusu - FOTO
24 Oktyabr 2024
08:44 - 26 İyul 2021
Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.
Manset.az xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və anası xəstəxanada dünyasını dəyişib.
Sonra M. Zeynalov xəstəyə həkimlər vaxtında müdaxilə etmədiyi üçün xəstəxananın qapı və pəncərələrin şüşəsini sındırıb.
Əldə etdiyimiz məlumata görə, artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.(report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin