Pike məşhur fotomüxbirin telefonunu sındırdı - VİDEO

15:15 - 27 İyun 2022

Pike məşhur fotomüxbirin telefonunu sındırdı - VİDEO

Kolumbiyalı müğənni Şakiradan ayrılan Jerar Pike əsəbi davranışları ilə diqqət çəkməyə başlayıb.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, “Barselona”nın müdafiəçisi məşhur fotomüxbir Xordi Martinonun telefonunu sındırıb.

“O, mənim mobil telefonumu yerə çırpdı, ardınca isə maşınına minib getdi”, - deyə Xordi Martino vurğulayıb.

İspaniya mətbuatı yazır ki, Xordi Martino hava limanında Pikedən etdiyi hərəkətin izahını istəyəndə müdafiəçi yenidən qəzəblənərək özündən çıxıb.

Öz növbəsində Şakira da futbolçu ilə ayrıldıqdan sonra çətin günlərini yaşayır. Müğənninin mütəmadi olaraq təqib olunduğu bildirilir.

Şakiranın qardaşı Tonino Mebarak bacısının yaşadığı evin yaxınlığında bir neçə naməlum kişinin mütəmadi olaraq gəzişdiyini bildirib.

T.Mebark bununla əlaqədar artıq polisə də müraciət edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin