Tovuzda evə ildırım düşdü - FOTOLAR

12:32 - 27 İyun 2022

Tovuzda evə ildırım düşdü - FOTOLAR

Tovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.

 

Manset.az xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb.

İldırım düşdükdən sonra rayon sakini Elnur Bağırova məxsus evin dam örtüyündə yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.

Hadisə zamanı evdə heç kim olmayıb.

 









Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin