"Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir" - Mövlud Çavuşoğlu

12:11 - 27 İyun 2022

"Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik".

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.

"Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin