“Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi” - İlham Əliyev

11:32 - 27 İyun 2022

“Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi” - İlham Əliyev

"Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib".

 

Manset.az xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib.

Dövlət başçısı həmin dövrdə baş vermiş faciəli hadisələri xatırladaraq deyib ki, insanlar aprelin əvvəllərində qarlı, şaxtalı havada Murovdan ayaqyalın keçməyə məcbur idilər.

“Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər.

Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi”, - deyə Prezident İlham Əliyev qeyd edib.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin