"Bir tədbirdəydim və insanları bir-birindən ayıra bilmirdim, hamısı bir-birinə bənzəyirdi - şişirdilmiş dodaqlar, gözlər qalxıb, burun kiçildilib. Təssüf ki, indi bu görünüşdə aparıcılar çoxdur".
Manset.az xəbər verir ki, bu sözləri Rövşanə Ağasəfqızı MTV kanalına danışarkən deyib. Aparıcı qeyd edib ki, hazırda individual aparıcı yoxdur:
"Səsi, xarizması, danışıq tərzi ilə seçilən, tanınan aparıcını xatırlamıram. Desəz ki "ad çək", köhnələri, bizim nəsildən olanları sadlayaram.Yenilərini tanımıram, çünki hamısı bir-birinə bənzəyir. Saçları, geyim tərzi, makiyajları, düzəldilmiş bədənləri, üzləri ilə eynidir".