Cüdoçularımız komanda yarışında bürünc medal qazandılar

21:50 - 26 İyun 2022

Cüdoçularımız komanda yarışında bürünc medal qazandılar

Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyinin komanda yarışları keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan cüdoçuları üçüncü yer uğrunda Polşa yığmasına 4:2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalını qazanıblar.

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət milli komandamız fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa birinciliyində medal əyarına və sayına görə birinci yeri tutub. Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin