Rövşən Lənkəranski Hacı Beyləqanskini bu qətlə görə taclandırıb - Rusiya mətbuatı

23:43 - 25 İyul 2021

Rövşən Lənkəranski Hacı Beyləqanskini bu qətlə görə taclandırıb - Rusiya mətbuatı

Kriminal dairələrdə Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı “oğru” titulunu məşhur avtoritet Aslan Usoyanın (Ded Xasan) müşaviri İlqar Əliyevi (Danabaş) öldürdüyünə görə alıbmış.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ədliyyə polkovniki Aleksey Pişulin məlumat yayıb.

“İstintaq müəyyən edib ki, 2012-ci ilin dekabrında Rövşən Lənkəranski Birləşmiş Ərəb Əmirliklərində həmin vaxt 30 yaşda olan Hacıbaba Talıbxanlıya ad verib. Üstəlik, həmin tədbirdə Rövşən Lənkəranski hər kəsin gözü önündə Hacının məhz “Danabaş”ı öldürdüyü üçün mükafatlandırıldığını elan edib”, - deyə, o bildirib.

Məlum olub ki, İlqar Əliyevin qətlindən sonra Moskvadakı göyərti bazalarına nəzarət Hacı Beyləqanskiyə keçib.

“Qanuni oğru” İlqar Danabaş 2012-ci ilin aprel ayının 19-da Moskvanın mərkəzində Presnenskiy Val küçəsində öldürülüb. 2013-cü ilin yanvarında isə Hacı Beyləqanskinin Ded Xasanı güllələdiyi qeyd olunur.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin