1970-ci ildə ilan zəhərindən dərmanın hazırlanması – AzTV-nin “Qızıl Fond”undan NADİR GÖRÜNTÜLƏR
28 Mart 2024
10:46 - 26 İyun 2022
Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirəcək.
Manset.az-ın məlumatına görə, rəqib yenə Belarusun "Kolos" komandası olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlanacaq.
Region Kuboku
26 iyun
16:00. "Cəbrayıl" - "Kolos"
Hakimlər: David Smayts, David Qabrovets (hər ikisi Sloveniya), Paskal Hirtsel, Luka Sibelli (hər ikisi İsveçrə)
Şamaxı şəhər stadionu
Bu komandalar arasındakı ilk matçda “Kolos” qalib gəlib - 2:1. "Cəbrayıl" növbəti mərhələyə yüksəlmək üçün bugünkü görüşünü qələbə ilə başa vurmalıdır.
Qeyd edək ki, ilkin mərhələnin I qrupunda Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları çıxış edir. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin