Xameneinin mühafizə xidmətinin rəisi işdən QOVULDU

21:33 - 25 İyun 2022

Xameneinin mühafizə xidmətinin rəisi işdən QOVULDU

İsraillə kəşfiyyat müharibəsində son məğlubiyyətlərinin nəticəsi olaraq SEPAH-ın yüksək rütbəli komandanlarının yerdəyişməsindən sonra, Həsən Məşruifərd İbrahim Cabbarinin yerinə İranın ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın "Vəli-ye Əmr" birləşməsinin komandanı təyin edilib.

Manşet.az bildirir ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı  İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin