<

Kiyevdə bir həftəlik komendant saatı tətbiq edilir

19:59 - 25 İyun 2022

Ukraynanın Kiyev vilayətində hər gün saat 23:00-dan səhər saat 05:00-dək (iyunun 26-dan iyulun 3-dək) komendant saatı qüvvədə olacaq.

Manşet.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilir ki, komendant saatı küçədə olmağı, digər ictimai yerlərə getməyi, yaşayış məntəqələri ətrafında nəqliyyatla və ya piyada hərəkət etməyi qadağan edir.

Lakin bu tədbirin səbəbləri açıqlanmır.


Xəbər xətti

19 Avqust 2022