Antalyada fırtına: İki turist xəstəxanalıq oldu - VİDEO

19:09 - 25 İyun 2022

Antalyada fırtına: İki turist xəstəxanalıq oldu - VİDEO

Antalyanın Kəmər rayonunda güclü yağış və fırtına ilə qısamüddətli tornado baş verib.

Manşet.az xəbər verir ki, bu zaman otelin qırmızı girişinin metal eyvanı yoldan keçən iki nəfərə çırpılıb. Fırtınanın şiddətinin artması ilə yellənməyə başlayan örtük həmin vaxt əl-ələ verib küçəni keçirdi turist cütlüyünə  dəyib. 

Çırpılmanın şiddətindən ayaqları yerdən üzülən turistə yaxınlıqdakı vətəndaşlar kömək edib.

Ağır xəsarətlər alan Almaniya əsilli turistlər təcili yardımla xəstəxanaya yerləşdiriliblər.

Yaşanan o anlar isə telefonun kamerasına düşüb. 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin