Antalyanın Kəmər rayonunda güclü yağış və fırtına ilə qısamüddətli tornado baş verib.
Manşet.az xəbər verir ki, bu zaman otelin qırmızı girişinin metal eyvanı yoldan keçən iki nəfərə çırpılıb. Fırtınanın şiddətinin artması ilə yellənməyə başlayan örtük həmin vaxt əl-ələ verib küçəni keçirdi turist cütlüyünə dəyib.
Çırpılmanın şiddətindən ayaqları yerdən üzülən turistə yaxınlıqdakı vətəndaşlar kömək edib.
Ağır xəsarətlər alan Almaniya əsilli turistlər təcili yardımla xəstəxanaya yerləşdiriliblər.
Yaşanan o anlar isə telefonun kamerasına düşüb.