“Əvvəlcə Londonu vuracağıq, sonra...” – Generaldan ŞOK İDDİA

19:03 - 25 İyun 2022

“Əvvəlcə Londonu vuracağıq, sonra...” – Generaldan ŞOK İDDİA

Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, rus ordusunun ehtiyatda olan generalı Andrey Qurulyov Kalininqradla bağlı NATO ölkələrini hədələyib.

Manşet.az teleqraf.com-a istinadən xəbər verir ki, general mümkün müharibədə Rusiyanın Varşava və Berlini yox, əvvəlcə Londonu raketlərlə vuracağını iddia edib.

“Birinci hava əməliyyatı zamanı bütün düşmən qrupları məhv ediləcək”, - Qurulyov deyib.

General Qərb dövlətləri ilə mümkün müharibədə Rusiyanın hərbi planlarına diqqət çəkib:

“Amerikalı və ya ingilis olmaları heç kimin vecinə olmayacaq. Əlbəttə ki, Varşava, Paris və ya Berlindən başlamayacağıq, ilk olaraq London vurulacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək və iflic olacaq. Bütün enerji təchizatı sahələri məhv ediləcək.

Üçüncü mərhələdə ABŞ-ın soyuqda, yeməksiz və işıqsız mübarizəni davam etdirməsi ilə bağlı Qərbi Avropaya nə deyəcəyini gözləyirəm. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? Bu kobud plandır və bəzi məqamların üstündən qəsdən keçirəm, çünki bunlar televiziyada müzakirə olunmayacaq”./Teleqraf.com


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin