Nadir Qafarzadə: "Xəyanət etmişəm, bunu həyat yoldaşım da bilib" - VİDEO

18:48 - 25 İyun 2022

Nadir Qafarzadə:

Müğənni Nadir Qafarzadə xəyanət mövzusunda açıqlamaları ilə diqqət çəkib.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "MTV maqazin” verilişində danışıb.

Qafarzadə xəyanətin əvvəllər də olduğunu və hər zaman da olacağını qeyd edib.

İfaçı açıqlaması zamanı cavanlıqda xəyanət etdiyini, hətta bunu həyat yoldaşının da bildiyini etiraf edib.

"Bəlkə də, cavanlıqda xəyanət etmişəm. Bunu həyat yoldaşım bilib. Bu evliliyə qədər olub. Evliliyə qədər olanlar xəyanət sayılmır. Demirəm ki, bundan sonra etməyəcəm. İnsanıq da... Bizi şeytan aldadır, yoldan çıxarır”, - deyə Nadir bildirib.

Qeyd edək ki, Nadir Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Loğman və Əziz adlı iki oğlan övladı var.

Ətraflı süjetdə:

 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin