"Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev (FOTO)
20 Aprel 2024
18:24 - 25 İyun 2022
Rusiya qoşunları Baxmut istiqamətində geri çəkilib.
Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna hərbi qüvvələri Baxmutda düşmənin Volodimirivka - Pokrovske istiqamətində hücumunu dayandırıb. Atəşdən sonra düşmən geri çəkilib”, - açıqlamada deyilib.
Ruslar Yasınuvata-Kostiantynivka yolunun Vasilivka-Kamyanka istiqamətində Ukrayna qüvvələrinin döyüşən hissəsini mühasirəyə almağa cəhd edib. Ukrayna müdafiə qüvvələrinin ağır zərbələrlə qarşıladığı ruslar itki verərək geri çəkiliblər.
Ukrayna hərbçiləri Udinaşi bölgəsində də rus ordusunun hücumunu dəf edib. Ruslar itkilərlə geri çəkilməyə məcbur olublar.(teleqraf.com)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin