Yay fəsli ilə əlaqədar olaraq travmatoloji xəstəliklərin sayında artım yaranıb.
Manşet.az xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutundan məlumat verilib.
Bildirilib ki, gün ərzində 140-160 müraciət daxil olur. Onların 35-40 faizi uşaq travmalarının payına düşür.
Travmatoloq-ortoped Eldar Əsədli bildirir ki, xüsusilə uşaqlarda belə travmaların yay aylarına daha çox təsadüf etməsi əsasən skuter və velosipeddən istifadə etmələridir.
Ona görə də valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar.