<

"Ərzaq təhlükəsizliyimiz təhdid altındadır" - Moldova Prezidenti

17:27 - 25 İyun 2022

“Ukraynadakı vəziyyətlə əlaqədar Moldovanın ərzaq təhlükəsizliyi təhdid altındadır”.

 

Manset.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu “Prime” televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı ərzaq məhsullarının baha olmasını buna nümunə kimi göstərib.

M.Sandu qeyd edib ki, dünyanın ən iri taxıl tədarükçülərindən olan Ukrayna ixracatla məşğul ola bilmədiyi üçün dünya bazarında qiymətlər kəskin bahalaşıb.

“Taxılın qiymətinin bahalaşması avtomatik olaraq başqa qida məhsullarının da qiymətinn artmasına təsir göstərir. Biz Ukraynaya dəmiryolu, Curculeşta limanı vasitəsilə əlimizdən gələn yardımı edirik”, - o vurğulayıb.


Xəbər xətti

19 Avqust 2022