Ceyhun Bayramov fəaliyyəti başa çatan Almaniya səfiri ilə görüşdü - Fotolar

16:07 - 25 İyun 2022

Ceyhun Bayramov fəaliyyəti başa çatan Almaniya səfiri ilə görüşdü - Fotolar

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Manset.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

 Nazir Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən Ceyhun Bayramov, Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.

 Səfir Volfqanq Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir, bir çox sahələrdə birgə maraqların olduğunu söyləyib.

 Tərəflər, iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 Görüşdə, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə edilib, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb.

 Ceyhun Bayramov səfir Volfqanq Maniqə sonda bir daha xoş arzularını çatdırıb.

 



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin