<

“Belarusdan ilk aviazərbə endirildi” - Ukrayna MN

14:51 - 25 İyun 2022

“İyunun 25-nə keçən gecə Ukrayna ərazisi raket hücumuna məruz qalıb. Rusiya tərəfi xüsusilə də, zərbələri Belarus ərazisindən həyata keçirib”.

 

Manset.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. 

Bildirib ki, zərbələr Kiyev, Çerniqov və Sumı vilayətlərinə endirilib. 

Nazirliyin məlumatına görə, bu, Belarus ərazisindən Ukraynaya hava zərbələrinin endirilməsi ilə bağlı ilk belə haldır.


Xəbər xətti

19 Avqust 2022