<

“Hər şey Putinin səhhətindən asılı olacaq”

13:09 - 25 İyun 2022

“Putin başa düşür ki, Ukraynada başlatdığı müharibə istədiyi kimi 2 həftədən sonra başa çatmayacaq. O, bizim də başa düşdüyümüz kimi anlayır ki, bu, çöküş müharibəsi olacaq”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sədri Vadim Skibiçkiy “RBK-Ukrayna”ya müsahibəsində deyib. 

“Putinin planı addımbaaddım bizim ərazilərimizi ələ keçirmək və sonra onlarla nə isə etməkdir”, - deyə Skibiçkiy söyləyib. 

Onun sözlərinə görə, yaxın zamanlarda Rusiya nə dövlət çevrilişi, nə də Putinin mövqeyində dəyişiklik baş verəcək: “Bu, ən azından cari ilin sonuna qədər belə olacaq. Hər şey Putinin səhhəti ilə bağlı vəziyyətdən asılı olacaq. Burada da söhbət 2-3 ildən gedir. Vaxt Rusiyanın xeyrinədir və onlar bunu başa düşürlər”.


Xəbər xətti

17 Avqust 2022