1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO

09:44 - 25 İyun 2022

1 tondan artıq narkotik tərkibli bitki məhv edildi - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin