İsrail çempionu “Neftçi”də - VİDEO

23:57 - 24 İyun 2022

İsrail çempionu “Neftçi”də - VİDEO

“Neftçi” hücumçu transferi həyata keçirib.

Manşet.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı forvard komandamızın heyətində 11 nömrəli formanı geyinəcək.

Qananın “Right to Dream” akademiyasının yetirməsi olan Donyo oranı bitirəndən sonra – 2013-cü ildə İngiltərənin “Mançester Siti” klubuna gətirilib. Mançester təmsilçisi onu əvvəlcə İsveçin “Yurqorden” (2013), daha sonra “Falkenberq” (2014-2015) klublarına icarəyə verib. Ardından Danimarka “Norşelland”ına (2016-2020) transfer olunan ön xətt oyunçusu 2020-ci ildə Almaniyanın “Dinamo” (Drezden) klubuna icarəyə verilib. Donyo sonuncu klubu “Makkabi” (Hayfa, 2020-2022) ilə İsrail çempionatının (2021, 2022), Liqa Kubokunun (2022) və Superkubokunun (2021) qalibi olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl israilli yarımmüdafiəçi Ataa Caberi transfer etmişdi.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin