Türkiyədə 82 yaşlı qadına TƏCAVÜZ EDİLDİ

23:08 - 24 İyun 2022

Türkiyədə 82 yaşlı qadına TƏCAVÜZ EDİLDİ

İzmirin Səlcuq rayonunda 82 yaşlı qadına cinsi təcavüzdə şübhəli bilinən şəxs saxlanılıb.

Manşet.az xəbər verir ki, hadisə 2022-ci il iyunun 11-də Səlcuq rayonunun Atatürk məhəlləsində baş verib.

İddiaya görə, 82 yaşlı Y.Ö.-nü həm döyən, həm də qadını cinsi istismara məruz qoyan M.P. şikayət əsasında saxlanılıb. İfadəsi alınan şübhəli təhvil verildiyi ədliyyə orqanları tərəfindən tutularaq həbsxanaya salınıb.

Səlcuq Şəhər Qadınlar Şurası məsələni nəzarətinə götürdüyünü və sona qədər təqib edəcəyini bəyan edib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin