Belarus Kiyevi bu halda VURA BİLƏR - Lukaşenkodan XƏBƏRDARLIQ

22:48 - 24 İyun 2022

Belarus Kiyevi bu halda VURA BİLƏR - Lukaşenkodan XƏBƏRDARLIQ

"Ukrayna ordusu Mozır neft emalı zavoduna hücum etsə, Belarus Kiyevi vuracaq".

Manşet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib .

O qeyd edib ki, Belarus Ukraynada döyüşmək fikrində deyil.

Ölkə lideri bildirib ki, Ukrayna ordusu Belarus sərhəddini keçərsə və ya Mozır neft emalı zavodunu hədəfə alarsa, ölkə dərhal cavab verəcək:

"Onlar başa düşəcəklər: Mozırı vursalar, biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Bunu başa düşməlidirlər. Ancaq vurmaq üçün vuracaq bir şeyə sahib olmaq lazımdır. Bizdə var".

Lukaşenko Belarus ordusunun təlim keçəcəyini də bildirib.

Xatırladaq ki, Lukaşenko Belarusun Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmədiyini bildirib .

Bundan əlavə, Belarus hakimiyyəti Qərbi Ukrayna üçün müharibəni istisna etmir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin