<

Daşkəsəndə sel yenidən təbii fəlakətə səbəb OLDU

22:04 - 24 İyun 2022

Daşkəsəndə güclü yağış bir sıra fəsadlar törədib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.

İntensiv dolu və leysan yağışları nəticəsində çay yataqlatında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçidi tamamilə dağıtmışdır.

Qeyd edək ki iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparmış, yollarını yararsız vəziyyətə salmışdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılmışdı.

Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsmişdir.

Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam ötrüklərinə yenidən ciddi ziyan vurmuşdur.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəfələrlə məlumat verilsə də, bu günə kimi Fövqəladə Hallat Nazirliyi Daşkəsən rayonunda baş vermiş təbii fəlakətlə maraqlanmamışdır. Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir.


Xəbər xətti

19 Avqust 2022