Bölgələrdə internet problemi nə vaxt həll olacaq? – VİDEO

20:53 - 24 İyun 2022

Bölgələrdə internet problemi nə vaxt həll olacaq? – VİDEO

3500 nəfərə yaxın sakini olan Lənkəranın Zövlə kəndi şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşir. 

Manşet.az baku.ws-ə istinadən xəbər verir ki, sakinlər telefon xəttlərinin yararsız vəziyyətdə olmasından və internet xidmətindən istifadə edə bilmədiklərinə görə əziyyət çəkdiklərini bildirirlər.

Kənd sakini bildirib ki, telefon və elektrik xəttləri 90-cı illərdə çəkildiyi üçün demək olar yararsız vəziyyətdədir. 

Məsələ ilə bağlı Baku TV əməkdaşları Aztelecom Məhdud Məsuliyyətli Cəmiyyətinin münasibətini öyrənib.

Aztelecom MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Alidə Mustafayeva bildirib ki, sözügedən kənddə telekomunikasıya xidməti göstərilir.

Daha ətraflı süjetdə:

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin