Naxçıvandan Bakıya uçan təyyarə havaya qalxdı - YENİLƏNDİ

20:09 - 24 İyun 2022

Naxçıvandan Bakıya uçan təyyarə havaya qalxdı - YENİLƏNDİ

AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi 50 dəqiqəlik yubanmadan sonra havaya qalxıb.

Manşet.az xəbər verir ki, təyyarə Naxçıvan Hava Limanını tərk edib.

Qeyd edək ki, ildirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

***

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.

Manşet.az xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır. İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin