Mehriban Əliyeva idmançılarımızı təbrik etdi - FOTO

18:45 - 24 İyun 2022

Mehriban Əliyeva idmançılarımızı təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatlarının mükafatçısı olan idmançıları və Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi ​təbrik edib.

Manşet.az xəbər verir ki, M.Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb: 

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”.

 

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin