Təhsil naziri Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etdi - FOTOLAR

18:13 - 24 İyun 2022

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etdi - FOTOLAR

Bu gün təhsil naziri Emin Əmrullayev Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclasında iştirak edib.

Manşet.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda çıxış edən təhsil naziri türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini, o cümlədən ortaq dərsliklərin hazırlanmasının önəmini qeyd edib. BTA-nın dəstəyi ilə təhsil sahəsində mövcud olan əməkdaşlıq proqramlarının miqyasının artırılmasının vacibliyini vurğulayıb.

Nazir Beynəlxalq Türk Akademiyasının fəaliyyət planında yer alan tədbirlərdən birinin bu il ərzində işğaldan azad edilmiş Şuşada keçirilməsini təklif edib.

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclası çərçivəsində Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Almazbek Beyşenaliyev və Qazaxıstanın elm və ali təhsil naziri Nurbek Sayasət ilə keçirilən ikitərəfli görüşlərdə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bir sıra təkliflər səsləndirirlib.

Həmçinin, E. Əmrullayev Beynəlxalq Türk Akademiyasının binasının qarşısında təşkilatda müşahidəçi statusu alan Özbəkistan bayrağının qaldırılması mərasimində iştirak edib. 

Daha sonra təhsil naziri Qazaxıstanın ictimai-siyasi xadimlərindən biri Əhməd Baytursınovun anadan olmasının 150-ci il dönümünə həsr olunmuş tədbirdə iştirak edib, Əhməd Baytursınovun qazax və türk dünyasının təhsil, elmi, mədəni yaradıcılığına verdiyi töhfədən bəhs edib və türk dünyası mütəfəkkirlərinin həyat və yaradıcılığının, irsinin araşdırılması, dünyada təbliğ olunmasının türkdilli dövlətlər arasında mənəvi və mədəni əlaqələri daha da möhkəmləndirdiyini bildirib.




Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin