Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

17:39 - 25 İyul 2021

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin