Peyvənd olunanların sayı açıqlandı

17:04 - 25 İyul 2021

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 46 910 vaksin vurulub.

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 061, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 563 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 654 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 909 821 təşkil edir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin