“Yuventus” Poqba ilə müqaviləni razılaşdırdı

23:23 - 23 İyun 2022

“Yuventus” Poqba ilə müqaviləni razılaşdırdı

“Yuventus” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni razılaşdırıb.

Manşet.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında yazıb.

İnsayderin sözlərinə görə, müqavilə iyulun əvvəlində imzalanacaq, sənədin bütün detalları artıq razılaşdırılıb. Poqba iki həftədən sonra İtaliyaya gələcək.

Daha əvvəl 29 yaşlı fransalı ilə 4 illik müqavilə imzalayacağı bildirilirdi. Onun maaşı bonuslar nəzərə alınmadan mövsüm üçün 8 milyon avro olacaq.

Ötən mövsüm fransalı bütün yarışlarda 27 oyunda bir qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Mançester Yunayted” 2016-cı ildə “Yuventus”dan yarımmüdafiəçini 105 milyon avroya alıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin