"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
14:07 - 25 İyul 2021
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşayiəti ilə Tavuş vilayətinə, Qazax rayonunun yaxınlığında yerləşən İcevan şəhərinə gedir.
Manset.az xəbər verir ki, informasiya news.am saytında yer alıb.
Mənbə bildirir ki, Nikol Paşinyan və ailəsini uşaqlıq dostu, polis rəisi Vaqe Qazaryan da müşayiət edir. Bu barədə Hraparak.am nəşri yazıb.
Bildirilir ki, Paşinyanın maşın karvanı Sevan şossesi boyunca çox yüksək sürətlə (150 km / saat) irəliləyir.
“Xatırladaq ki, keçən il koronavirusun tüğyan etdiyi dövrdə Tavuş elitası Tsirani kompleksində izdihamlı bir bayram keçirib. Tədbir daha sonra Nikol Paşinyanın anasının Yenokavan kəndində davam edib. Bütün bunlar rəsmi şam yeməyi kimi təqdim edilib. Bu il isə onların nəyi bayram edəcəkləri bəlli deyil”, deyə nəşr qeyd edib.
Ancaq bəzi mənbələr Paşinyanın İcevan şəhərində “Vardavar” adlı bayramı keçirəcəyini deyir. Həmin gün insanlar bir-birinin üstünə su tökməli, göyə göyərçin buraxmalıdırlar.(bizimmedia)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin