Paşinyan yüzlərlə polisin müşayiəti ilə Qazaxla sərhəddə gəlir - Nə baş verir?

14:07 - 25 İyul 2021

Paşinyan yüzlərlə polisin müşayiəti ilə Qazaxla sərhəddə gəlir - Nə baş verir?

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşayiəti ilə Tavuş vilayətinə, Qazax rayonunun yaxınlığında yerləşən İcevan şəhərinə gedir. 

Manset.az  xəbər verir ki, informasiya news.am saytında yer alıb.

Mənbə bildirir ki, Nikol Paşinyan və ailəsini uşaqlıq dostu, polis rəisi Vaqe Qazaryan da müşayiət edir. Bu barədə Hraparak.am nəşri yazıb.

Bildirilir ki, Paşinyanın maşın karvanı Sevan şossesi boyunca çox yüksək sürətlə (150 km / saat) irəliləyir. 

“Xatırladaq ki, keçən il koronavirusun tüğyan etdiyi dövrdə Tavuş elitası Tsirani kompleksində izdihamlı bir bayram keçirib. Tədbir daha sonra Nikol Paşinyanın anasının Yenokavan kəndində davam edib. Bütün bunlar rəsmi şam yeməyi kimi təqdim edilib. Bu il isə onların nəyi bayram edəcəkləri bəlli deyil”, deyə nəşr qeyd edib. 

Ancaq bəzi mənbələr Paşinyanın İcevan şəhərində “Vardavar” adlı bayramı keçirəcəyini deyir. Həmin gün insanlar bir-birinin üstünə su tökməli, göyə göyərçin buraxmalıdırlar.(bizimmedia)

 

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin