<

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

16:05 - 23 İyun 2022

“Netflix” şirkətinin ərsəyə gətirdiyi 2022-ci ilin ən səs-küylü işlərindən biri olan “Boz adam” (The Gray Man) filmində Azərbaycan paytaxtının simvollarından sayılan “Alov qüllələri” və Azərbaycan bayrağı yer alıb.

 

Manset.az Kult.az-a istinadən xəbər verir ki, “Boz adam” Russo qardaşlarının filmidir, baş rollarda Rayan Qoslinq və Kris Evans çəkiliblər.

Qeyd edək ki, 2021-ci ildə “Netflix” platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan blokbasterin çəkilişlərinin bir hissəsinin Bakıda aparılması haqda məlumatlar yer almışdı.

“Birinci kadrda fondakı "Alov qüllələri"dir, ikinci kadrdakı məkan əslində Praqa şəhərində yerləşən Vitkovdakı Milli Abidənin ətrafı olsa da, kənarlardakı Azərbaycan bayraqlarıdır. Filmin personajlarından biri də azərbaycanlıdır", - deyə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov sosial şəbəkədə qeyd edib.


Xəbər xətti

17 Avqust 2022