"Neftçi" israilli futbolçu ilə müqavilə bağladı

14:52 - 23 İyun 2022

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, israilli yarımmüdafiəçi Ataa Caberlə müqavilə imzalanıb.

"Ağ-qaralar" 28 yaşlı oyunçunu rəsmi telekanalı vasitəsilə təqdim edib.

Qeyd edək ki, Ataa Caberin son klubu İsrail "Aşdod"u olub. Təcrübəli futbolçu bu komandada 30 oyuna 2 qol vurub. Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin