Şeyx qəzəbləndi: “Mən heç kəsin qucağında olmamışam” - PAŞAZADƏDƏN ƏRDOĞANIN KÖMƏKÇİSİNƏ CAVAB

13:42 - 25 İyul 2021 - MÜSAHİBƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb.

Şeyxi bu çıxışına görə ittiham edənlər  Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssünü  ifadə edib.

Bu arada Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri-  M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb:

“Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.

Manset.az xəbər verir ki, Gununsesi.info-ya müsahibəsində Hacı Allahşükür Paşazadə ona ünvanlanan ittihamlara cavab verib.

– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın  işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?

– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir.

Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?

Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.

– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…

– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.


Loading...

Xəbər xətti

20 Sentyabr 2021