<

İran ABŞ-dən 4,3 milyard dollar təzminat tələb etdi

13:36 - 23 İyun 2022 - DÜNYA

Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

 

Manset.az İSNA-ya istinadən bildirir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəzrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.


Loading...

Xəbər xətti

25 İyun 2022