Rusiyanın əfsanəvi “Laskovıy may” qrupunun üzvü, müğənni Yuri Şatunov 48 yaşında vəfat edib.
Bu barədə Manset.az Qafqainfo-ya istinadən xəbər verir.
İlkin məlumata görə, ifaçı ürəkçatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Y. Şatunovun “Ne boysa”, “Belıye rozı”, “Pust budet noç”, “Sedaya noç” və s. mahnıları dillər əzbəridir.