<

Niderlandlı futbolçu Azərbaycandan təklif aldı

10:42 - 23 İyun 2022 - İDMAN

“Sparta”dan (Niderland) ayrılan futbolçu Bart Vrinds Azərbaycandan təklif alıb.

 

Manset.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə ölkəsinin vi.nl saytına açıqlamasında danışıb. O, Azərbaycana gəlmək istəmədiyini deyib:

“Kipr, Azərbaycan, Hindistan, Küveytdən təklif aldım. Amma hər şey mənim istəklərimin əksinədir. Buna görə də getməməyə qərar verdim”.

Qeyd edək ki, Bart ötən mövsüm "Sparta"da 34 matçda 3 qol vurub.


Loading...

Xəbər xətti

25 İyun 2022