Şirniyyatın içində həbsxanaya heroin keçirmək istədi - Foto

10:27 - 23 İyun 2022

Şirniyyatın içində həbsxanaya heroin keçirmək istədi - Foto

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Manset.az-a verilən məlumata görə, məhkum Kənan İsmayılova tanışı, Bakı şəhər sakini Hədiyyə Əskərova tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan şirniyyatın içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 3,725 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin