Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA - VİDEO

09:41 - 23 İyun 2022

Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA - VİDEO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçməsi və bəzi əraziləri su basması ilə bağlı açıqlama verib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ASC-nin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, hazırda əraziyə texnikalar cəlb olunub:

“İdarənin heyəti iş başındadır. Sel və daşqınların fəsad törətməməsi üçün səhərə kimi tədbirlər görülür. Sədr müavini də artıq əraziyə ezam olunub. Gün ərzində ehtiyac olacaqsa, yaxın ərazilərdən də texnikalar cəlb olunacaq”.

 

Qeyd edək ki, ötən gün sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib. Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin