Lavrov Bakıya niyə gəlir? - Bıstritski

09:23 - 23 İyun 2022

Lavrov Bakıya niyə gəlir? - Bıstritski

Sergey Lavrovun Bakıya gözlənilən səfəri saatların sinxronlaşdırılması və hər iki tərəfin ictimai bəyanatları baxımından çox önəmlidir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri  “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri, rusiyalı politoloq Andrey Bıstritski deyib.

“Bu ilin fevral ayında Rusiya və Azərbaycan liderlərinin Moskvadakı görüşündən, Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə imzalandıqdan sonra beynəlxalq aləmdə çox şey baş verib. Gözümüzün önündə tektonik sürüşmələr, proseslər gedir. Hər kəs buna fərqli reaksiya verir. İndi Rusiya və Azərbaycanın hansı istiqamətə baxdığını, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin necə inkişaf etdiyini rəsmi səviyyədə müəyyən etmək Moskva və Bakı üçün çox vacib olardı. Münasibətlərimizin necə inkişaf etdiyini, danışıqları necə apardığımızı anlamaq həqiqətən də mühümdür”, - deyə o bildirib.

Bıstritskinin fikrincə, bu gün beynəlxalq arenada baş verənlər bir münaqişə ilə kifayətlənmir:

“Bu, öz iyerarxiyasına malik münaqişələrdir - Şərqlə Qərb arasında, mədəniyyətlər, dəyər sistemləri arasında gedir. Məhz bu səbəbdən Moskva və Bakının müzakirə etməli olduğu çoxlu məsələ var. Beynəlxalq vəziyyət fonunda, sanksiyalar dünyasında yaşadığımız zaman bu, iki ölkə arasında praktiki, konkret qarşılıqlı fəaliyyət mövzusudur. Çünki nəticədə nəinki konkret sanksiyalara məruz qalan dövlətlər əziyyət çəkir, həm də tamamilə bitərəf ölkələr və insanlar da proseslərin təsiri altına düşür”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin