Azərbaycanda ildırım evi vurub külə döndərdi

09:15 - 23 İyun 2022

Azərbaycanda ildırım evi vurub külə döndərdi

Balakəndə yaşayış evini ildırım vuraraq yndırıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Katex kəndində baş verib. 

Kənd sakini Kərimov Məmmədvəli Əsəbəli oğluna məxsus, 4 otaq və aynəbənddən ibarət olan yaşayış evində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət yanğından Mühafizə Hissəsindən texnikalar və şəxsi heyət cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və  iki otaq əşyaları ilə birilikdə tamamilə yanıb. İki otaq və aynəbəddin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin