"Qarabağ"ın "Sürix"lə mümkün matçının vaxtı açıqlandı

23:50 - 22 İyun 2022

\"Qarabağ\"ın \"Sürix\"lə mümkün matçının vaxtı açıqlandı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə "Sürix"i cavab matçının vaxtını açıqlayıb.

Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az