Gürcüstan prezidenti ilə baş naziri arasında ZİDDİYYƏT: "Bütün bunlar absurddur!"

23:40 - 22 İyun 2022

Gürcüstan prezidenti ilə baş naziri arasında ZİDDİYYƏT:

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş nazir İrakli Qaribaşvilinin parlamentdəki çıxışını şərh edib.

Manşet.az xəbər verir ki, S.Zurabişvili baş nazirin çıxışının Avropaya neqativ fikirlər göndərmək mənasına gəldiyini bildirib.
Onun sözlərinə görə, cəmiyyətimizin böyük bir qismi küçələrə çıxaraq yaşından və siyasi baxışından asılı olmayaraq avropalı olduğumuzu sübut etdi:

"Avropada bizim məsələmizi önə çəkmək və müsbət nəticə əldə etmək üçün hazırda hansı addımlar atdığımız çox önəmlidir. Bir tərəfdən əhalimiz öz sözünü demək üçün hər şey edir. Cəmiyyətimizin böyük bir qismi küçələrə çıxaraq Rusiyaya belə bir mesaj göndərdi ki, burada yaşından və siyasi baxışından asılı olmayaraq biz hamımız avropalıyıq. Bu gördüyümüz həqiqətən də ictimaiyyətimizin azad fikirini təcəssüm edirdi. Bu gün parlamentdə dinlədiklərimə görə isə çox narahatam. Parlamentdə gördüyüm cəmiyyətimizin bizə göstərdiyinin əksidir. Bu gün parlamentdə qarşıdurma, təhqir, dözümsüzlük gördük. Bizim özümüzə aid mənfi nəyi göstərə bilərdiksə, bu gün göstərdik. Buna baş nazirin çıxışı da əlavə edildi. Onun çıxışı Brüsselə neqativ göndərilə biləcək bir çağırış idi. Guya biz ən yaxşıları, hər şeyi ən yaxşı etmişik, heç bir çətinliyimiz yoxdur. Bütün bunlar absurddur və öz mənası ilə təhqiredicidir”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin