<

Zelenskidən TƏCİLİ ÇAĞIRIŞ: Dəstəyə ehtiyacımız VAR

22:51 - 22 İyun 2022 - DÜNYA

“Bizim silaha, maliyyə və humanitar dəstəyə ehtiyacımız var”.

Manşet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Kanadanın 11 müxtəlif universitetinin tələbələrinə videokonfrans bağlantısı vasitəsilə müraciət edib.

“Bizim üçün internet bir növ silahdır, çünki baş verənləri bu şəkildə göstərə bilirik. İnformasiya bəzən bəzi silah növlərindən daha böyük zərbə vura bilər. Azad və demokratik gələcək üçün hər şeyə rəğmən qalib gələcəyik”, - o vurğulayıb.

Ukrayna Prezidenti insanları mücadiləyə və beynəlxalq ictimaiyyəti isə yardımları davam etdirməyə çağırıb:

“Bizim silaha, maliyyə və humanitar dəstəyə ehtiyacımız var”.


Loading...

Xəbər xətti

25 İyun 2022